Ordu.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN telekanalına açıqlamasında deyib.
“Mənim fikrimcə, əsas məqam ondan ibarətdir ki, Ukrayna özü öz müqəddəratını təyin etməlidir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, həll yolu kənardan, o cümlədən Vaşinqton tərəfindən tətbiq edilməməlidir. O qeyd edib ki, Vaşinqton Kiyevlə fəal qarşılıqlı əlaqədə olur, gələcək danışıqların mümkün formatını müzakirə edir.
Ordu.az