Suriya "Cəbhət ən-Nusra" qruplaşmasının minə yaxın silahlısını zərərsizləşdirib

2024/12/1733064253.jpg
Oxunub: 652     16:13     01 Dekabr 2024    
Suriya Ordusu "Cəbhət ən-Nusra" qruplaşmasının minə yaxın silahlısını zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə Suriyanın Radio və Televiziya Baş İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, Suriya Ordusu ilə “Cəbhət ən-Nusra” terrorçuları arasında üç gün davam edən qarşıdurma nəticəsində zərərsizləşdirilən yaraqlıların sayı minə yaxınlaşıb.

Bundan əvvəl “Cəbhət ən-Nusra” qruplaşmasının sılahlıları Hələb Dövlət Universitetinin şəhərciyi yaxınlığındakı ərazisini atəşə tutub, nəticədə 4 mülki şəxs həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Cəbhət-ən-Nusra  


Bizi "telegram"da izləyin