İran xarici işlər naziri Dəməşqə səfər edib - YENİLƏNİB

2024/10/1728372776.jpg
Oxunub: 642     19:26     01 Dekabr 2024    
İran xarici işlər naziri Abbas Araqçi Dəməşqə səfər edib.

Ordu.az xəbər verir ki, Abbas Araqçinin olduğu təyyarə Dəməşq Beynəlxalq Hava Limanına enib.

Suriyada yüksək vəzifəli şəxslərlə görüşəcək və ölkədə baş verən son proseslər fonunda Tehranın dəstəyini çatdıracaq İran XİN başçısı sabah Ankaraya səfər edərək türkiyəli həmkarı Hakan Fidanla bir araya gələcək.

***

İran xarici işlər naziri Abbas Araqçi Dəməşqə gedir.

Ordu.az-ın xəbərinə görə, bu barədə İRNA məlumat yayıb.

Abbas Araqçi İranın mesajını çatdırmaq üçün Suriyaya səfərə getdiyini bildirib. Qeyd edib ki, Tehran qətiyyətlə Suriya hökuməti və Ordusunu dəstəkləyəcək.

Qeyd edək ki, Heyət Təhrir əş-Şam qruplaşmasının öncüllük etdiyi müxaliflər iki gün ərzində Hələb şəhərini ələ keçirib, İdlib vilayətində tam nəzarəti təmin edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Suriya  


Bizi "telegram"da izləyin