Çin ilk dəfə kommersiya kosmodromundan raket daşıyıcısının uğurlu buraxılışını həyata keçirib

2024/08/2024--1724939101.jpg
Oxunub: 460     08:14     01 Dekabr 2024    
Çin ölkənin cənubunda Haynan əyalətində yerləşən Haynan kommersiya kosmodromunda yeni raket daşıyıcısını uğurla kosmosa buraxıb.

Bu barədə Ordu.az “Xinhua” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, “Çançjen-12” raket daşıyıcısının göyərtəsində əvvəlcədən müəyyən edilmiş orbitlərə çıxarılmalı olan iki eksperimental peyk var.

“Çançjen” raketləri seriyası üçün 548-ci olan buraxılış həm də Haynan kommersiya kosmodromunda ilk uğurlu buraxılış olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Raket-daşıyıcısı  


Bizi "telegram"da izləyin