Almaniya NATO öhdəliklərini yerinə yetirmək üçün 4 sualtı qayıq almağı planlaşdırır

2024/11/1732956172.jpg
Oxunub: 320     10:38     02 Dekabr 2024    
Almaniya NATO-nun tələblərini yerinə yetirmək üçün daha 4 sualtı qayıq almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” jurnalı məlumat yayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius mövcud büdcə məhdudiyyətlərinə baxmayaraq, 4 sualtı qayıq almaq istəyir.

Bu səbəbdən 4 ədəd U212 CD tipli sualtı qayığın alınması üçün Bundestaqın Büdcə Komitəsinə gizli məktub göndərildiyi bildirilib.

Qeyd edilib ki, alqı-satqı NATO-nun şimal cinahının müdafiəsi tələblərini qarşılamaq üçün lazımdır.

Sualtı qayıqlar üçün Büdcə Komissiyasının 4,7 milyard avroluq maliyyələşdirməni təsdiqləməsinin lazım olduğu bildirilən xəbərdə bu xərcin hələ büdcə planına daxil edilmədiyi məlumatı paylaşılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   NATO  


Bizi "telegram"da izləyin