Ordu.az xəbər verir ki, mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Asim Mollazadə orduda Heydər Əliyev ideyalarının təbliğinin mühüm əhəmiyyətə malik olduğunu bildirib:
“Azərbaycan Silahlı Qüvvələrində Ulu öndər Heydər Əliyevin ideyalarının təbliği olduqca mühüm önəm kəsb edir. Bu, gənclərimizin milli-mənəvi dəyərlərə, tariximizə, soykökümüzə, azərbaycançılıq ideyasına daha dərindən bağlanması, gənclərimizin vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından olduqca əhəmiyyətlidir. Unutmaq olmaz ki, Heydər Əliyev ideyaları Azərbaycana sevgi, Azərbaycana məhəbbət, Azərbaycan naminə fədakarlıq deməkdir. Bu ideyaların nüvəsini təşkil edən ən müqəddəs, ən ali dəyər doğma Azərbaycanımız, onun təhlükəsizliyi və çiçəklənməsidir.
Bu baxımdan Hərbi Prokurorluğun Silahlı Qüvvələrdə Heydər Əliyev ideyalarının təbliği istiqamətində atdığı hər bir addımı dəstəkləyir, bunu milli maraqlarımız, dövlətçilik mənafeyimiz və sağlam gələcəyimiz baxımından son dərəcə zəruri hesab edir, alqışlayıram”.
Ordu.az