“Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” başa çatıb - FOTOLAR

2024/10/0228a-1728741128.jpg
Oxunub: 1408     17:43     12 Oktyabr 2024    
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) başa çatıb.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Sonuncu gündə yekun müzakirələr aparılıb və seminarın təhlili həyata keçirilib.

BQXK-nin əhəmiyyətli tədbirlərindən biri hesab olunan, 70-dən çox ölkədən yüksək rütbəli zabitlərin iştirak etdiyi seminarın bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, seminarın keçirilməsində məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, eləcə də hüququn hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiyasını, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Hərbi-əməliyyatlar   Seminar  


Bizi "telegram"da izləyin