Daşkəsəndə Vətən müharibəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib - FOTOLAR

2024/10/daske-1728540961.jpg
Oxunub: 645     10:12     10 Oktyabr 2024    
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 9 oktyabr 2024-cü il tarixində 44 günlük Vətən müharibəsinin 4-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdən öncə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və Daşkəsən Rayon İcra Hakimiyyətinin nümayəndələri Daşkəsən rayonunun Şəhidlər Xiyabanını ziyarət ediblər.

Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə keçirilən tədbir dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbir ərzində Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi yad edilib.

Tədbirin sonunda tədbirdə iştirak edən 80-dən çox şəhid ailəsi üzvləri üçün ehsan süfrəsi açılıb və onlara müqəddəs Quran kitabları hədiyyə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Daşkəsən   Vətən-müharibəsi  


Bizi "telegram"da izləyin