Naxçıvanda gənclərin atış təlimi keçirilib - FOTOLAR

2024/04/0ac97-1712732206.jpg
Oxunub: 443     10:50     10 Aprel 2024    
"Naxçıvan" Təlim Mərkəzində gənclərin ənənəvi "Hədəf" atış təlimi keçirilib.

Ordu.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu, Gənclər və İdman Nazirliyi və "Gənc Vətənpərlər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 45 gənc iştirak edib.

Əlahiddə Ümumqoşun Ordunun zabitləri təlimin təhlükəsizlik qaydaları və icra olunacaq tapşırıqlar barədə məlumat verdikdən sonra gənclər təlim nöqtələrinə dəvət olunublar.

Bu mərhələdə avtomatın natamam sökülüb-yığılması, hissələri və işləmə mexanizmi haqqında məlumat verilib, atəş tapşırığı simulyasiya edilib.

Bir neçə qrupa bölünərək bütün təlim nöqtələri üzrə tapşırıqları yerinə yetirən gənclər əsas mərhələdə müxtəlif çaplı silahlardan atışlar icra ediblər.

Təlimdə fərqlənən iştirakçılar diplomla təltif olunublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Naxçıvan   Təlim  


Bizi "telegram"da izləyin