ABŞ ordusu DE M-SHORAD-ı İraqa yerləşdirib

2024/04/1712651891.jpg
Oxunub: 352     20:18     09 Aprel 2024    
ABŞ ordusu özünün yeni yaradılmış Yüksək Güclü Qısa Mənzilli Lazer Hava Hücumundan Müdafiə Sistemini (DE M-SHORAD) İraqa yerləşdirib.

Ordu.az xəbər verir ki, sistem real döyüş şəraitində sınaqdan keçiriləcək.

Yerləşdirmə ilə ABŞ ordusu DE M-SHORAD sisteminin effektivliyini və əməliyyat imkanlarını real döyüş şəraitində sınaqdan keçirməyi hədəfləyir.

ABŞ Ordusunun Fövqəladə Qabiliyyətlər və Kritik Texnologiyalar İdarəsinin direktoru general-leytenant Robert Raşın sözlərinə görə, yerləşdirməyə DE M-SHORAD ilə təchiz edilmiş 3 “Stryker” vasitəsi daxildir və əlavə modifikasiyalardan sonra dördüncü vasitə də onlara qoşulacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: ABŞİraq   DE-M-SHORAD  


Bizi "telegram"da izləyin