Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasını təbrik edib - FOTOLAR

2024/04/daed8-1712145280.jpg
Oxunub: 384     15:46     03 Aprel 2024    
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Davud Hacıyevin anası Validə Hacıyevanı doğum günü münasibəti ilə evində ziyarət edib.

Ordu.az xəbər verir ki, Elnur Rzayev şəhid anasını təbrik edərək ona səmimi arzularını çatdırıb, qayğıları ilə maraqlanıb. Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.

Şəhid anası Validə Hacıyevada onunla eyni tarixdə doğum gününü qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevi təbrik edib. Göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xaçmaz   Şəhid-anası   Təbrik  


Bizi "telegram"da izləyin