Ordu.az xəbər verir ki, Azərbaycan ordusunun ilk yarandığı gündən başlayaraq Şəmkir 861 saylı Alayının yaranmasında xidmətləri olan polkovnik C. Rüstəmovun anım gününə Alayın formalaşmasında iştirak edən zabit, gizir heyəti, həmçinin alayda əsgər kimi döyüş yolu keçənlər iştirak ediblər.
Tədbir şəmkir şəhərində Şəhidlər xiyabanında baş tutub. Tədbirdə iştirak edənlər alayın yarandığı ilk gündən Ermənistan-Azərbaycan dövlət sərhəddi boyunca keçdikləri xidməti yoldan, ermənilərin təxribat xarakterli hücumlarının qarşısının alınması zamanı göstərdikləri qətiyyətdən söz açıblar. Anım günündə komandirin oğlu Elçin Rüstəmov, Cahangir Rüstəmovun silahlanma komandiri olduğu briqadanın silahlanma üzrə müavini mayor Dilqəm Əliyev, polkovnik-leytenant Süleyman Yusifov, kapitan Əliyar Novruzov və digər döyüş yoldaşları çıxış ediblər.
Təbdirdə komandirin şəhid olduğu günə qədər keçdiyi xidmət yolundan, hərbi hissənin düşmən üzərindəki parlaq qələbəsindən, o dövr üçün olduqca riskli olan dönəmin ağır məsuliyyət yükünü çiyinlərində mərdliklə daşımasından söz açıblar. Tədbirdə polkovnik C. Rüstəmovun və vətən uğrunda şəhid olan soydaşlarımızın ruhuna dualar oxunub, hörmətlə anılıb.
Daşqın Güneyli
Ordu.az