Antiterror əməliyyatları zamanı şəhid olan Xəyal Canbaxışovun doğum günü qeyd edilib - FOTOLAR

2024/01/41448-1704798762.jpg
Oxunub: 1500     15:11     09 Yanvar 2024    
Qarabağda keçirilən son antiterror əməliyyatları zamanı şəhid olan Mingəçevir sakini, Xəyal Xeyrulla oğlu Canbaxışovun doğum günü qeyd edilib.

Ordu.az xəbər verir ki, Xəyal Canbaxışov Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalıb. 2003-cü il təvəllüdlü Canbaxışov Xəyal Xeyrulla oğlu Mingəçevir 11 saylı məktəbin məzunu olub. Həqioqi hərbi xidmətini Naxçıvanda keçdikdən sonra, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib.

Xidməti dövründə dronların idarəetmə operatoru kimi, xidmət göstərən X. Canbaxışov Ağdərə istiqamətində ermənilərin əsas istehkamlarının vurulmasında xüsusilə seçilib. Bu gün 21 yaşı olan şəhidimizin şəhadətindən sonra ilk doğum günü tədbirinə, şəhidin ad günündə Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin ailə üzvüləri, şəhər ictimaiyyətininn nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Xəyal Canbaxışov Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror əməliyyatları zamanı, Ağdamın papravənd kəndindən Ağdərə istiqamətində aparılan antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalıb.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid   Doğum-günü  


Bizi "telegram"da izləyin