Azərbaycanın Türkiyədəki səfirliyində Vətən Müharibəsi qaziləri ilə görüş keçirilib - FOTOLAR

2024/01/659c1-1704728452.jpg
Oxunub: 599     19:36     08 Yanvar 2024    
Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyədə səfərdə olan bir qrup Vətən Müharibəsi qaziləri ilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində görüş keçirilib.

Bu barədə Ordu.az-a Azərbaycanın bu ölkədəki Səfirliyindən bildirilib.

Səfirlik nəzdindəki Hərbi Attaşelik Aparatının əməkdaşlarının, eləcə də Türkiyə Müharip Qazilər Dərnəyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə müşavir Eldar Əliyev və hərbi attaşe general-mayor Müşfiq Məmmədov qonaqları salamlayaraq, qazilərin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı vurğulayıblar və onların şücaətinin hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyini bildiriblər.

Görüş zamanı Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışılaraq, bir çox qazinin məhz qardaş Türkiyədə müalicə aldığı qeyd edilib. Səmimi şəraitdə keçən görüşdə qazilər də öz fikirlərini səsləndirərək dövlətin onlara qayğı və diqqətindən razılıq ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Türkiyə   Vətən-Müharibəsi-qaziləri  


Bizi "telegram"da izləyin