İsrail Ordusunun daha bir hərbçisi Qəzzada ölüb

2023/12/1703922011.jpg
Oxunub: 455     09:40     03 Yanvar 2024    
İsrail Müdafiə Ordusunun daha bir hərbçisi Qəzza zolağında döyüşlərdə ölüb.

Ordu.az “newsru.co.il”ə istinadən xəbər verir ki, 21 yaşlı baş gizir Miron Moşe Gerş Qəzza zolağının şimalındakı hərbi əməliyyatlarda həlak olub.

Bildirilib ki, ötən il oktyabrın 31-dən, Qəzza zolağında əməliyyatlar başlayandan İsrail Müdafiə Ordusunun 175 hərbçisi ölüb.

Oktyabrın 7-dən, HƏMAS hücum edəndən indiyədək 509 İsrail hərbçisi həlak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin