Azərbaycan Ordusunda ağacəkmə aksiyaları keçirilir - FOTOLAR

2024/01/c8715-1704096309.jpg
Oxunub: 810     12:01     01 Yanvar 2024    
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunda ağacəkmə aksiyaları keçirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə respublikamızın müxtəlif bölgələrində yerləşən hərbi hissələrin ərazilərində xeyli sayda həmişəyaşıl ağaclar əkilir.

Azərbaycan Ordusunda cari ildə genişmiqyaslı yaşıllaşdırma işlərinin aparılması və ağacəkmə aksiyalarının keçirilməsi davam etdiriləcəkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan-Ordusu   Ağacəkmə-aksiyaları  


Bizi "telegram"da izləyin