Ordu.az xəbər verir ki, Elnur Rzayev qazilərimizi və ailə üzvlərini bayram münasibətilə təbrik edib, onların səhhəti və qayğıları ilə maraqlanıb. İcra başçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əsl qəhrəmanlıq göstərdiyini, hərbçilərimizin gücü, cəsarəti sayəsində düşmənin hər zaman məğlub olduğunu, Vətən uğrunda canından keçən bütün şəhidlərimizin qisaslarının alındığını, qanlarının yerdə qalmadığını bildirib.
Qazilərimiz onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Nəsimi Mahmudov lokal xarakterli antiterror tədbirlərdə əsgər, Fərid Məmmədov isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi iştirak edib. Fərid Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlərdə göstərdiyi şücayətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Suqovuşanın azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Ordu.az