Bayram ərəfəsində hərbi qulluqçular şəhid ailələrini ziyarət ediblər - FOTOLAR

2023/12/f0e3d-1703947577.jpg
Oxunub: 3436     17:02     30 Dekabr 2023    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları bayram ərəfəsində respublikamızın müxtəlif bölgələrində şəhid ailələrini ziyarət ediblər.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçular şəhidlərin ailə üzvlərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onların qayğıları ilə maraqlanıblar.

Keçirilən görüşlər zamanı Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin 7 noyabr tarixli müvafiq Sərəncamına əsasən təltif edilən şəhid hərbi qulluqçuların medalları da onların ailələrinə təqdim edilib.

Bayramlar ərəfəsində, həmçinin şəhidlərimizin məzarları ziyarət olunub, xatirələrinə hörmət və ehtiram nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Hərbi-qulluqçular   Şəhid-ailələri  


Bizi "telegram"da izləyin