Hərbi qulluqçular şəhid ailələri ilə görüşüblər - FOTOLAR

2023/12/56f4f-1703679492.jpg
Oxunub: 4209     16:05     27 Dekabr 2023    
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid ailələri ilə görüşüblər.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müxtəlif bölgələrdə keçirilən görüşlərdə hərbi qulluqçular şəhidlərin ailə üzvləri ilə söhbətlər aparıb, onların qayğıları ilə maraqlanıblar.

Şəhidlərimizin məzarları ziyarət edilərək xatirələri dərin hörmət və ehtiramla yad olunub.

Azərbaycan Respublikası Prezidentinin 7 noyabr tarixli müvafiq Sərəncamına əsasən təltif edilən şəhid hərbi qulluqçuların medalları onların ailə üzvlərinə təqdim edilib.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid-ailələri   Görüş  


Bizi "telegram"da izləyin