Azərbaycan və Belarus prezidentləri Sankt-Peterburqda görüşüb - YENİLƏNİB (FOTOLAR)

2023/12/658ab-1703590350.jpg
Oxunub: 7474     15:18     26 Dekabr 2023    
Dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub.

Ordu.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.

Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Dövlət başçıları əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək gələcək təmaslar və əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Belarus” bildirb.

Qeyd olunur ki, görüş təkbətək xarakter daşıyıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İlham-Əliyev   Lukaşenko  


Bizi "telegram"da izləyin