Azərbaycan Prezidenti Xocalı rayonunun Pircamal kəndində olub - FOTOLAR

2023/12/65858-1703249231.jpg
Oxunub: 6208     16:34     22 Dekabr 2023    
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pircamal kəndində olub.

Ordu.az xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.

Pircamal kəndi dağətəyi ərazidə yerləşir. Kəndin adı keçmişdə burada mövcud olmuş Pircamal piri ilə bağlıdır. Tarixi mənbələrə görə, bu yaşayış məntəqəsini qədim Beyləqandan köçüb gəlmiş ailələr salıblar.

Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Pircamal kəndi separatçılardan təmizlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Prezident   Xocalı   Pircamal  


Bizi "telegram"da izləyin