Prezident İlham Əliyev Xocalı rayonunun Naxçıvanlı kəndində olub - YENİLƏNİB (FOTOLAR)

2023/12/bc13d-1703248885.jpg
Oxunub: 6289     16:32     22 Dekabr 2023    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı kəndində olub.

Ordu.az xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirdi.

Dağətəyi ərazidə yerləşən bu yaşayış məntəqəsini vaxtilə Naxçıvandan köçüb gəlmiş ailələr salıblar. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Naxçıvanlı kəndi separatçılardan təmizlənib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində olub.

Ordu.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Prezident   Xocalı  


Bizi "telegram"da izləyin