Erməni ekspert: “Bu o deməkdir ki, həmin müqavilədə sülh adı ilə satılan bəndlər var”

2023/12/1702884516.jpg
Oxunub: 2014     16:22     18 Dekabr 2023    
“Mövcud regional problemlər əslində Qərbin və xüsusilə ABŞ-nin gündəminin bir hissəsidir”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Tiran Loxmagözyan deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdəndir ki, ABŞ son günlər fəallaşıb, yolların açılmasından və sülh müqaviləsi bağlanmasından danışır.

“Hələ ictimaiyyətə açıqlanmayan bu razılaşmanın sülhlə heç bir əlaqəsi yoxdur. Xüsusən də hətta bu sazişin əsas dəstəkçisi Nikol Paşinyan belə deyirdi ki, bu müqavilənin imzalanmasından saatlar sonra da hərbi əməliyyat başlaması mümkündür. Bu halda niyə imzalayırsan? Bu o deməkdir ki, həmin müqavilədə sülh adı ilə satılan bəndlər var”, - deyə Loxmagözyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: ABŞ   Qərb  


Bizi "telegram"da izləyin