Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib - FOTOLAR

2023/12/4b2c0-1702716893.jpg
Oxunub: 8589     12:47     16 Dekabr 2023    
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Toplantıda 2023-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb. Növbəti ildə bu istiqamətdə icra olunacaq fəaliyyətlər, o cümlədən perspektiv planlarla bağlı ətraflı məlumatlar verilib.

Tədbirin sonunda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Hərbi-attaşelər   Toplantı  


Bizi "telegram"da izləyin