Voleybol üzrə ordu birinciliyi başa çatıb - VİDEO+FOTOLAR

2023/11/2ed42-1700313910.jpg
Oxunub: 12505     17:23     18 Noyabr 2023    
2023-cü ilin hazırlıq planına əsasən, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən voleybol üzrə ordu birinciliyi başa çatıb.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edənlər qalib komandaları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında bu cür idman yarışlarının əhəmiyyətini xüsusi vurğulayıblar.

Bildirilib ki, müxtəlif qoşun növlərini və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən birincilikdə ümumilikdə 7 komanda mübarizə aparıb.

Yekun nəticələrə əsasən Heydər Əliyev adına Hərbi İnstitutun komandası qalib gələrək birinciliyin kubokunu qazanıb. Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Sonda qalib komandalara diplom, kubok və medallar təqdim olunub, xatirə şəkli çəkdirilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ordu   Voleybol  


Bizi "telegram"da izləyin