Türkiyə və Azərbaycanın itirəcəyi heç nə yoxdur – Bir az da Qərb və Rusiya fikirləşsin

2023/11/1699687505.jpg
Oxunub: 28585     13:33     11 Noyabr 2023    
Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesi ilə bağlı məsələləri müzakirə edib. Paralel olaraq Özbəkistanın paytaxtı Daşkənddə İran və Azərbaycan prezidentlərinin görüşü baş tutub.

Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan öz öhdəliyini yerinə yetirmir və Naxçıvan-Azərbaycan əlaqəsini təmin etmir və ona görə də bu əlaqə İran ərazisi vasitəsilə həyata keçiriləcək. Türkiyə Prezidentinin də iştirakı ilə Özbəkistanın paytaxtında İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı keçirilib və Ərdoğan bir daha bəyan edib ki, Ermənistan sülhə yaxınlaşmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Ərdoğan Rəisi ilə də görüşüb və Qəzzadakı vəziyyəti müzakirə edib, ancaq müzakirənin Qafqazı da əhatə etdiyinə şübhə yoxdur.

Təbii ki, Azərbaycan və Türkiyə İran ərazisi ilə əlaqə yaratmaq istəyindən məmnun deyil, çünki İran illərlə bu əlaqədən təzyiq mexanizmi kimi istifadə edib. Digər tərəfdən sual yaranır ki, Ermənistan niyə blokada şəraitində qalmaq istəyir? Ermənistan 10 noyabr bəyanatına imza atır, sonra isə FTX-nin mövcudluğunu qəbul etmir. Niyə bu haqda açıq danışmırlar? Habelə Bakı və Ankara Rusiyanın yoxluğunun hər hansı bir variantını qəbul etmir. Bu halda əlaqə Rusiyadan asılı olsa da, təhlükəsizliyin təminatı məsələsi daha aktualdır. Habelə Rusiya ilə iş aparmaq daha üstündür, çünki Moskva da İrandan fərqli olaraq bir çox məsələlərdə Türkiyədən asılıdır.

Yoxsa hazırda dəhlizin açılması problemi ümumiyyətlə gündəmə gətirilmir, təkcə Rusiya və İran istiqamətində deyil, Qərb istiqamətində də bu məsələni maksimum dərəcədə qaldırılır və dolayı yolla bildirilir ki, Rusiya ilə İran arasındakı əlaqəni və hər iki ölkənin regional təsirini zəiflətmək Qərbin də strateji vəzifəsidir?..

Sonuncu variant daha mümkündür, yəni Türkiyə və Azərbaycanın bu məsələdə itirəcəyi heç nə yoxdur, qarşılıqlı suverenliyə əsaslanan prinsip bizim bu və ya digər şəkildə əldə edə bildiyimiz şeydir. Buna görə də tərəflər birbaşa təsirlərinin və müstəqilliklərinin mümkün qədər yüksək olacağı ən arzuolunan və əlverişli, qazanclı rejimə nail olmağa çalışırlar.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Qərb   Rusiya  


Bizi "telegram"da izləyin