Bakı Mərkəzi Asiyaya “giriş icazəsi” verir, amma necə?.. – ANALİZ

2023/11/776-1699367283.jpg
Oxunub: 17690     21:26     07 Noyabr 2023    
Fransa Prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana səfər edib. Noyabrın 1-i 1954-cü ildə başlayan Əlcəzair İnqilabı və ya anti-müstəmləkə üsyanı günüdür.

Bu münasibətlə İlham Əliyev Əlcəzair Prezidentinə mesaj ünvanlayıb və mesajda Əlcəzairin bir milyon yarım şəhidin həyatı bahasına müstəqillik əldə etdiyi xüsusi vurğulanır. Mesajda tarixə, Əlcəzair xalqının müstəmləkə boyunduruğu altında ayrı-seçkiliyə, təhqirlərə və amansız istismara məruz qalaraq çəkdiyi əzablara toxunuş var. Prezident İlham Əliyevin qiymətləndirmələrinin ünvançısı Əlcəzairin bir əsrdən artıq hakimiyyəti altında olduğu Fransadır.

Təbii ki, Əlcəzairin Fransadan necə müstəqillik əldə etdiyini dünya unutmayıb və unuda da bilməz. Bu, altı ildən çox davam edən qanlı qarşıdurmadan sonra baş verib və bütün qırğınlar faktlaşdırılıb. Müstəqilliyin elan edilməsindən sonra Azərbaycanla Əlcəzair arasında siyasi, iqtisadi və digər sahələrdə aktiv təmaslar qurulub, İlham Əliyev də iki ölkə arasındakı münasibətləri qardaşlıq münasibətləri səviyyəsində dəyərləndirib.

Fransa Prezident İlham Əliyevin Qarabağda apardığı haqlı mübarizənin ən qatı əleyhdarıdır. Makron Türk Dövlətləri Təşkilatının üzvü olan və Qarabağ məsələsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyən Qazaxıstan və Özbəkistana səfər etdi. Təbii ki, Fransa Prezidenti Mərkəzi Asiya ölkələrinə Ermənistanın maraqlarını təmsil etmək və ya qorumaq üçün səfər etməyib, o, öz ölkəsinin maraqlarını rəhbər tutub, Niger əvəzinə yeni uran tədarükçüsü təmin etməyə çalışır və bunun Qafqaz sektoru üçün siyasi nəticələri ola bilməz. Ən azından o mənada ki, Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin yeganə təminatçısı olaraq qalmaqda davam edir və bu hal ardıcıl olaraq davam edəcək.

Beynəlxalq siyasətdə Bakı Şimali Afrika və Yaxın Şərqdə geosiyasi rəqabətdə əlverişli mühit baxımından rol oynaya biləcək oyunçuya çevrilib. Mərkəzi Asiya qapalı regiondur, onun Avropaya iki çıxış yolu var: Rusiya və Azərbaycan. Birincisi məlum səbəblərə görə sərfəli deyil, İlham Əliyev ikincini asanlaşdıra və ya əngəlləyə bilər. Belə olan halda Avropa Azərbaycanın infrastrukturundan asılı olaraq qalacaq və ya Rusiya ilə yenidən yaxınlaşmaq məcburiyyətində qalacaq.

İlham Əliyev Fransa və Avropa İttifaqına siqnal göndərir ki, Mərkəzi Asiyanın “qapısının açarları” onun əlindədir, Azərbaycanın mövcud və planlaşdırılan infrastrukturları olmadan, xüsusən də Qazaxıstanda tam iştirak etmək mümkün deyil. Görünür, bir razılaşma təklif olunur: Fransa və Avropa İttifaqı Qafqazdakı proseslərə müdaxilə etmir və Mərkəzi Asiyaya “giriş icazəsi” alır.

Hazırda Rusiya ilə əsaslı məsələlər həll olunub. İlham Əliyev Sankt-Peterburq-Fars körfəzi nəqliyyat dəhlizinin Azərbaycan sektorunda (sektorlarında) sadələşdirilmiş sərhəd və gömrük rejiminin fəaliyyət göstərəcəyinə dair ilkin razılıq verib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Hikmət-Hacıyev  


Bizi "telegram"da izləyin