İsrail-İran toqquşmasında Azərbaycanın həyati vasitəçiliyi – BAXIŞ BUCAĞI

2023/10/6676-1698315123.jpg
Oxunub: 21720     14:25     27 Oktyabr 2023    
Qərb mətbuatına məlum olub ki, İsrailə qarşı hücum baş verən gün HƏMAS-ın siyasi şurasının rəhbəri İsmayıl Haniya İstanbulda olub, hətta camaat namazı da qılıb. Lakin daha sonra Haniya Türkiyə prezidenti Ərdoğanın istəyi ilə İstanbulu tərk edib və İranla danışıqlar aparıb. Bu baxımdan, İsrailin siyasi rəhbərliyi HƏMAS-ın arxasında İranın dayandığını israr etməkdə davam edir. Hökumət üzvü Nir Barket bəyan edib ki, İran 4 cəbhədə İsrailə qarşı hücum təşkil etməyi hədəfləyir və qərar qəbul edildikdə “ilanın başı”nın kəsilməsi üçün hərbi əməliyyatlara başlayacaq.

Lakin İranın xaricdə fəaliyyət göstərən müxalifət resursu olan "AbdiMedia" İranın yüksək rütbəli məmurlarının təhlükəni çox ciddi qəbul etdikləri və şəxsi təhlükəsizliklərindən ehtiyat etdikləri barədə məlumat yayıb. Xüsusilə, dini liderin oğlu, Qum Universitetində hüquq professoru olan və böyük ehtimal atasının varisi sayılan Müctəba Xameneinin uzaqdan fəaliyyət göstərəcəyi və Tehranda qalmağa qərar verdiyi qeyd edilir.

Qərb mənbələri İranın keçmiş kəşfiyyat naziri Əli Yunesiyə istinadən bildirir ki, İsrail xüsusi xidmət orqanları bu yaxınlarda İslam İnqilabı Keşikçiləri Korpusunun sıraları da daxil olmaqla güclü casusluq şəbəkəsi yaradıblar ki, nəticədə orta rütbəli zabitlər maliyyə müqabilində İsrailə məxfi məlumatlar ötürüblər.

İsrail kəşfiyyatının keçmiş əməkdaşı, hazırda politologiya sahəsində çalışan Yakov Kedminin Rusiya mətbuatına verdiyi son müsahibəsi bu mənzərəyə diqqət çəkir və o, İsrail xüsusi xidmət orqanlarının İranın nüvə proqramı ilə bağlı məlumatları ABŞ-a çatdırdığına inandırır.

ABŞ-ın mövqeyi isə vəziyyətə xüsusi bir nüans əlavə edir. İsraildən fərqli olaraq, ABŞ HƏMAS hücumlarının arxasında İranın “qulaqlarını” qətiyyən görmür və görünür ki, İsrailin İrana qarşı hərbi addımlar atmasının qarşısını almaq üçün səy göstərir. Lakin xüsusi xidmət orqanlarının imkanlarının birləşdirilməsi qeyri-ictimai, tam məxfi prosesdir, qarşı tərəfin faktiki sübutları olana qədər məsuliyyətdən həmişə qaçmaq olar. Amma bu cür hallarda belə tərəflər əllərində olan məlumatları və ya üçüncü ölkənin hadisədə iştirakını ictimailəşdirməməyə üstünlük verirlər.

Əgər İsrail “intiqam planı”na başlasa, İranda daxili qeyri-sabitlikdən qaçmaq mümkün olmayacaq və belə bir vəziyyət Cənubi Qafqazda da tonların sərtləşdirilməsinə səbəb olacaq. Bu, son dərəcə mürəkkəb bir mozaika olduğunu ortaya çıxarır və Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasında maraqlı olan güc mərkəzlərinin mövqeyinin xüsusən Azərbaycanın oriyentasiyası ilə müəyyənləşdiyini təsdiqləyir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin