Mingəçevirdə şəhid Təbriz Cüməzadəyə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib - FOTOLAR

2023/08/7df24-1693413050.jpg
Oxunub: 5786     19:46     30 Avqust 2023    
Mingəçevir şəhərində şəhid Təbriz Cüməzadəyə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib.

Bu barədə Ordu.az-a "İstehlakçıların Maarifləndirilməsinə Dəstək" İctimai Birliyindən məlumat verilib.

Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gəlib.

Təqdimat mərasimində şəhid Təbriz Cüməzadənin atası İldırım Cüməzadə də iştirak edib və filmin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, T.Cüməzadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-dən 9-na ötən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin snayperdən açdığı atəş nəticəsində şəhid olub. T.Cüməzadə Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Mingəçevir   Şəhid   Film  


Bizi "telegram"da izləyin