Elnur Rzayev əməliyyat olunan şəhid anasını ziyarət edib - FOTOLAR

2023/08/xachm-1691413389.jpg
Oxunub: 4084     16:44     07 Avqust 2023    
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid Qürbət Tarverdiyevin anası Natəvan Tarverdiyevanı evində ziyarət edib.

Ordu.az xəbər verir ki, Elnur Rzayev bir müddət əvvəl əməliyyat olunan şəhid anası Natəvan Tarverdiyevanın səhhəti ilə maraqlanıb, şəfalarını diləyib.

İcra başçısı ailənin qayğı və probelmlərini dinləyib, hər zaman onların yanında olduğunu bildirib. Natəvan Tarverdiyeva göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qürbət Tarverdiyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid-anası   Ziyarət  


Bizi "telegram"da izləyin