“Baykar”ın “KaGeM V3” raketi ilk dəfə görüntülənib

2023/08/F2qp7-1691387122.jpg
Oxunub: 8889     16:44     07 Avqust 2023    
Sursat sahəsinə yeni daxil olan “Baykar” daha öncə Qanadlı Gəzən Sursat (KAGEM) ailəsinin ilk üzvü olan “Kemankeş” Mini Qanadlı Raketini təqdim edib.

Ordu.az xəbər verir ki, 200+ kilometr mənzilə malik olan “Kemankeş”in ilk atış sınağı da uğurla həyata keçirilib.

Pakistan Hərbi Hava Qüvvələrinin bu yaxınlarda təqdim etdiyi videoda “Baykar” istehsalı olan “Akıncı”, habelə “Baykar” loqosu olan müxtəlif təyyarə və raketlər nümayiş etdirilib.

Nümayiş etdirilən raketlər arasında “KaGeM V3” adlı məhsul diqqət çəkib. Üzərində “Baykar” loqosu olan “KaGeM V3”ün “Baykar”ın raket ailəsinin yeni üzvü olduğu təxmin edilir. Raketin 30 kiloqram ağırlığında olan “Kemankeş” raketi ilə müqayisədə kifayət qədər ağır və böyük olduğu təxmin edilir.

“KaGeM V3” raketinin turboreaktiv raket mühərrikinə sahib olması nəzərdə tutulur. Ola bilsin ki, raket Pakistana ixrac edilib və ya Pakistanla birgə hazırlanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baykar   KaGeM-V3  


Bizi "telegram"da izləyin