Norveç Ukraynaya nano PUA və HHM komponentləri göndərəcək

2023/07/2023--1689319885.jpg
Oxunub: 8460     15:17     14 İyul 2023    
Norveç Ukraynaya göndərəcəyi yeni hərbi yardım paketinin təfərrüatlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, ölkə bu il Ukraynaya hərbi yardımının həcmini artırdığını və əlavə 2,5 milyard kron (240 milyon dollar) əlavə etdiyini bildirib.

Məlumata görə, Norveç təhlükəsizlik mənbələri Ukraynaya ultra yüngül Pilotsuz Uçuş Aparatları (PUA) və Hava Hücumundan Müdafiə (HHM) sistemi komponentlərinin göndəriləcəyini açıqlayıb.

İsveç müdafiə naziri Byorn Arild Qram bildirib ki, yardım Ukraynada hazırda istifadə olunan silah sistemlərini tamamlamaq üçün 1000 ədəd “Black Hornet” nano PUA-sından və NASAMS “yer-hava” HHM sistemlərinin komponentlərindən ibarət olacaq.

Norveç 2023-2027-ci illər arasında Ukraynaya mülki və hərbi yardım üçün 75 milyard kronluq fond yaradıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Ukrayna   PUA   HHM  


Bizi "telegram"da izləyin