Hulusi Akar: "Türkiyə Ordusunun 3 hərbçisi zəlzələdə şəhid olub"

2023/02/63e0c-1675674870.jpg
Oxunub: 2555     12:58     06 Fevral 2023    
Zəlzələdə Türkiyə Ordusunun 3 hərbçisi şəhid olub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyə müdafiə naziri Türkiyədə baş vermiş zəlzələnin dağıntılarını aradan qaldırmaq üçün axtarış-xilastemə qruplarını hazır vəziyyətdə gətirdiklərini açıqlayıb.

“Sağlamlıq və axtarış-xilasetmə qruplarını və onların maşınlarını zəlzələ bölgəsinə göndərmək üçün təyyarələrimizi səfərbər etdik. Təyyarələrimizin hazırlığını maksimum səviyyəyə çatdırdıq", – nazir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Hulusi-Akar   Türkiyə  


Bizi "telegram"da izləyin