İrandan Azərbaycana 18 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTOLAR

2021/10/16219-1633936536.jpg
Oxunub: 4196     10:03     04 Fevral 2023    
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 18 kiloqram 610 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində fevral ayının 2-də saat 11:45-də Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 ədəd bağlamada ümumi çəkisi 3 kiloqram 310 qram narkotik vasitə (3 kq 210 qram “marixuana” və 100 qram “tiryək”), fevral ayının 3-də saat 03:50-də Füzuli rayonun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 300 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: DSX   İran   Azərbaycan  


Bizi "telegram"da izləyin