Ordu.az-ın məlumatına görə, sərgidə davam edən Ukrayna-Rusiya müharibəsi zamanı Ukrayna ordusundan ələ keçirilən silah sistemləri də nümayiş etdirilib.
Əsasən Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi silah sistemlərinin nümayiş olunduğu sərgidə diqqət çəkən məqam “Bayraktar TB” PUA-sının və ROKETSAN istehsalı sursatların nümayiş etdirilməsi idi.
Görüntülər dərc edildikdən sonra Rusiya tərəfindən dəstəklənən xəbər kanalları və rusiyayönlü sosial media hesabları TB2 ilə bağlı mənfi yazılar paylaşmağa başlayıb.
Tam formada yerə düşürüldüyü və ələ keçirildiyi iddia edilən platformanın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən asanlıqla təsbit edilə biləcəyinə dair fərziyyələr irəli sürülüb. Rusiya istehsalı olan sistemlərin dünyadakı analoqlarından çox daha üstün olduğu da iddia edilib.
Lakin real vəziyyət çox qısa zamanda üzə çıxıb. Yayımlanan görüntülər əsl “Bayraktar TB2” görüntüləri ilə müqayisə edildikdə, hadisənin əslində Rusiya təbliğat maşınının məhsulu olduğu və nümayiş etdirilən vasitədəki səhvlər asanlıqla başa düşülə bilər.

Əsl MAM-L və MAM-C sursatlarının PUA-nın qanadlarında olan sursatlardan fərqləndiyi ilk baxışdan asanlıqla görünür. Gövdə və qanad birləşmələri arasındakı fərqlər, burun hissələrinin rəng və forma baxımından tamamilə fərqli olması, arxa üzgəc ölçülərinin normaldan daha geniş olması, döyüş sursatı üzərindəki yazının isə normaldan daha böyük olması müşahidə edilir. Bu sursatlar ruslar tərəfindən hazırlanmış və çox keyfiyyətsiz model sursatlardır. Həmçinin görünür ki, sözügedən sursatlar PUA-ya kabellərlə bağlanıb.
Bayraktar TB2-nin gövdəsində ilk baxışda diqqəti cəlb edən qırmızı rənglə yazılmış və kifayət qədər böyük olan “403” rəqəmidir. Bu seriya nömrəsi Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən “T52” istehsal nömrəsi ilə TB2-yə aiddir. Ukrayna Hərbi Hava Qüvvələrində xidmət edən bu PUA-nın ələ keçirilərək sərgiləndiyi iddia edilsə də, sözügedən TB2-nin daha əvvəl dərc olunmuş real görüntüləri ilə müqayisədə gövdədəki səhv detallar dərhal gözə çarpır.

Sərgidə göstərilən PUA-nın quyruq nömrəsi Ukrayna Hərbi Hava Qüvvələrinin istifadə etdiyi şriftdə deyil, faktiki olandan xeyli böyükdür və Rusiya Hərbi Hava Qüvvələrinin istifadə etdiyi şriftlə yazılıb. Platformada olan Ukrayna Hərbi Hava Qüvvələrinin loqosu normal olaraq mühərrik qapağında yerləşməlidir, nümayiş etdirilən PUA-da isə gövdənin yuxarı panelində yerləşir.
Bundan əlavə, kuzovun yuxarı panelinin gövdə ilə əlaqəsi daha əyri olmalıdır, lakin sərgilənən platformadan bu əlaqənin daha düz olduğu və yan mühərrikin hava ventilyatorlarının girintilərinin paneldə yerləşmədiyi aydın görünür. Normalda "Bayraktar TB2"də yerləşən antenaların sərgilənən platformada olmadığını görmək olar.

Yenə nümayiş olunan platformanın quyruq-gövdə əlaqəsi və quyruq hissəsi araşdırıldığında quyruq-gövdə birləşməsindəki “Bayraktar TB2” yazısının normal yazılandan tamamilə fərqli şriftlə yazıldığı açıq şəkildə görünür və sərgilənən sistemdə nə yuva, nə də quyruğun yuxarı hissəsində yerləşən quyruq kamerası yoxdur.
Nəticədə, nümayiş olunan pltformanın əvvəllər vurulan TB2-lərin hissələrinin çox zəif hazırlanmış modeli ilə birləşdirilərək yaradıldığı anlaşılır. Aydındır ki, Rusiyanı bu pis hazırlıqlı təbliğat işinə sövq edən TB2 və ROKETSAN istehsalı olan sursatların indiyə qədər Rusiya istehsalı olan silah sistemlərinin etibarlılığına və Rusiyanın ambisiyalarına vurduğu sarsıdıcı zərbə olub.
Əvvəllər Suriya, Liviya və Azərbaycanın Qarabağ bölgəsində birbaşa Rusiya silah sistemlərinə qarşı, dolayısı ilə isə Rusiyaya qarşı zərbə endirən TB2 rus istehsalı olan bir çox zirehli texnika və hava hücumundan müdafiə sistemini məhv edib.

Ukrayna-Rusiya müharibəsində Rusiya ordusunun istifadə etdiyi bir çox logistik elementləri və hava hücumundan müdafiə sistemini məhv edən TB2 döyüşdə nizami ordu və hava gücü olan bir düşmənə qarşı xidmət edə bilməyəcəyinə dair bütün iddiaları puça çıxararaq əvvəlki reputasiyasını doğrultdu. Bunu bir daha sübut etdi.
Xüsusilə İlan adasına nəzarət uğrunda mübarizədə patrul gəmilərini, desant maşınlarını, hava hücumundan müdafiə sistemlərini və helikopterləri məhv edərək o, adada artilleriya hücumlarını koordinasiya edərək və gəmi əleyhinə hücumları adada Rusiyanın təchizat fəaliyyətinə yönəltməklə bütün dünyanın diqqətini çəkib.
Sevinc Əliyeva
Ordu.az