Tankçılarımız “Beynəlxalq Ordu Oyunları - 2021” yarışında uğurla iştirak edirlər - FOTOLAR+VİDEO

2021/08/3634e-1630078207.jpg
Oxunub: 10841     19:27     27 Avqust 2021    
Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin növbəti mərhələsində uğurla iştirak ediblər.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, “Fərdi sürmə” mərhələsində güclərini sınayan komandamızın növbəti tank heyəti də uğurla çıxış edib.

Müsabiqənin şərtlərinə uyğun olaraq bu mərhələ üzrə müxtəlif manevrlərlə hədəfləri məhv edən tankçılarımız qrupda ikinci yerdə qərarlaşıb.

Belarusiya birinci, Serbiya üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin