Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya prezidentinin diqqət mərkəzindədir

2019/11/40349-1573292416.jpg
Oxunub: 459     13:20     09 Noyabr 2019    
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik səylərində aktiv rol oynamağa davam edir. Dağlıq Qarabağ münaqişəsi tərəflərinə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərinə daxildir və bu, Rusiya Prezidentinin diqqət mərkəzindədir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri dəstəkləmək Rusiya xarici siyasətinin prioritetlərindən biri olub və ölkə prezidentinin də diqqət mərkəzindədir.

Rusiya XİN münaqişənin yalnız siyasi diplomatik vasitələrlə, tərəflər arasında danışıqlar yolu ilə həll olunmasının vacibliyini də irəli sürüb.

“Fikrimizcə, siyasi iradə olduğu halda diplomatik səylərlə gec-tez irəliləyişə nail olmaq və razılığa gəlmək mümkün olacaq”, - deyə bəyanatda bildirilib.

Eyni zamanda Rusiya tərəfinin həm ATƏT-in Dağlıq Qarabağ məsələsinə dair Minsk qrupu həmsədrlərindən biri kimi, həm də Azərbaycan və Ermənistanla münasibətləri nəzərə alınaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da dəstək verəcəyi vurğulanır.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-də Ermənistanda səfərdə olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   XİN   Qarabağ  

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya prezidentinin diqqət mərkəzindədir

2019/11/40349-1573292416.jpg
Oxunub: 460     13:20     09 Noyabr 2019    