Ordu.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Ermənistanın “Joğovurd” gündəlik qəzetinin bir neçə gün bundan öncə Tavuş vilayətində guya Azərbaycan tərəfinin təxribat həyata keçirməsi ilə bağlı müraciətinə cavab olaraq bildirib.
O qeyd edib ki, səfirlik Minsk qrupu həmsədrlərinin tərəfləri atəşkəsi ciddi şəkildə qorumağa və təxribatçı hərəkətlərdən çəkinməyə çağıran bəyanatları ilə tam razıdır.
“Bu münaqişənin hərbi həlli yoxdur. Sülh və nizamlanma ətrafında danışıqlarda irəliləyiş qeydə alınması üçün faydalı olan mühiti təmin etmək məqsədilə təmkinin nümayiş etdirilməsi olduqca vacibdir”, - deyə səfir bildirib.
Alpər Mövludoğlu
Ordu.az