Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Erməni Strateji və Milli Araşdırmalar Mərkəzinin direktoru, politoloq Manvel Sarkisyan bildirib.
Sarkisyanın sözlərinə görə, ATƏT-in Minsk qrupu 20 ildir anlaşılmaz danışıqlar aparır.
“Yeni vəziyyətdə Minsk qrupu istiqamətləndirilmir. Paşinyan Əliyevlə görüşündən sonra dedi ki, aydınlıq, açıqlama yoxdur. Bunun əvəzinə aydınlıq gözləntisi var. Lavrov da son zamanlar qəbul etdi ki, məzmunlu müzakirə yoxdur”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az