Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, noyabrın 2-də, saat 14:10- radələrində, Xankəndi-Əsgəran magistral yolun 2-ci km-də 27 yaşlı V. K-nın idarə etdiyi "VAZ-21121" markalı avtomobil, 52 yaşlı Q.P-nin idarə etdiyi "VAZ-21061" markalı avtomobillə toqquşub.
Toqquşma nəticəsində Q.P klinik ölüm və politravoma diaqnozu ilə tibbi mərkəzinə köçürülüb və orada saat 15: 00-da ölüb.
"VAZ-21121" markalı avtomobilin sürücüsü V. K və 3 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə fərqli tibb mərkəzlərinə köçürülüblər.
Xüsusilə 27 yaşlı bir sürücü, həmçinin iki sərnişin 26 yaşlı A. A və 23 yaşlı O. M. Xankəndi Hərbi Xəstəxanasına, 31 yaşlı D. M isə arxa beyin travması zədəsilə mülki tibb mərkəzinə köçürülüb.
Alpər Mövludoğlu
Ordu.az