Ermənistan Müdafiə naziri: "Bu, eyni hərbi əməliyyatların yenidən başlaması ehtimalıdır"

2019/11/34534-1572871452.jpg
Oxunub: 1329     16:20     04 Noyabr 2019    
"Mən Müdafiə nazirinin birinci müavini olmuşam və əgər mənim hərəkətlərimdə hər hansı problem ortaya çıxacaqsa, bu, Aprel döyüşlərini araşdıran parlament İstintaq Komissiyasının diqqət mərkəzində olmalıdır, problem görmürəm".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə naziri Tonoyan jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hələki komissiyaya dəvət olunmayıb.

Jurnalistlərin "Mümkündürmü ki, komissiya gözlənilməz açıqlamalar versin?" sualına cavab olaraq Tonoyan qeyd edib ki, qiymətləndirmə aparmaq istəmir.

"Lakin Müdafiə Nazirliyi sistemində nə baş verdiyi, necə baş verdiyi məlumdur və mən ümumiyyətlə belə bir komissiyanın yalnız burada deyil, Azərbaycanda da olmasını gözləyirəm. Mən komissiyanın nəyi üzə çıxaracağını deyə bilmərəm, amma başa çatacaq bütün bu danışıqlardan müsbət şeylər gözləyirəm", - deyə o bildirib.

Tonoyan generalitet tərəfindən səlahiyyətlilərə qarşı narazılıqlar haqqında da danışıb.

"Belə bir şey yoxdur, mənə elə gəlir ki, toplanmış hər hansı mətbəx danışıqları Baş nazirə çatdırılır. Bu danışıqlar özündə belə bir təəssürat yaradır ki, generalitetdə narazılıq var. Bu cür narahatçılıqlar keçirən generallar ola bilər, lakin hesab etmirəm ki, bu 1,5 ildə baş verənlər əsasında generalitetdə narazılıqlar olmalıdır", - deyə o qeyd edib.

Tonoyan çoxlu sayda silah-sursat əldə olunması məqsədilə elan olunmuş qapalı tenderdə Rusiyanın "Orsis Arms" şirkətinin müraciətindən imtina edilməsi ilə bağlı bildiriş əsasında açılmış cinayət işi ilə əlaqədar isə şərh verməyə tələsməyib.

"Cinayət tərkibli əməl olub, ilkin istinaq kim tərəfindən, necə və hansı həcmdə olduğunu müəyyən edəcək", - deyə Tonoyan bildirib.

O qeyd edib ki, cinayət işi açılıb, detallar ilkin istintaq orqanlarındadır.

Qarabağ danışıqları çərçivəsində Paşinyanla razı olduğunu ifadə edən Tonoyan hərbi əməliyyatların yenidən başlanması ehtimalı olduğunu da ifadə edib.

"Mən Baş nazirlə tamamilə razıyam, lakin təsəvvür edin, əgər fərqli seçim olsa və Azərbaycan xalqı buna razı olmasa, bu, nə deməkdir? Bu eyni gərginliyin davamıdır. Bu, eyni hərbi əməliyyatların yenidən başlaması ehtimalıdır, başqa variant yoxdur".

Jurnalistlərin "Deyəsən, danışıqlar prosesində real irəliləyiş yoxdur, lift danışıqları haqqında danışılırdı, onlar necə oldu?" sualına erməni nazir bu cür cavab verib: "Mən bu sözlərlə razı deyiləm, olduqca peşəkar qaydada danışıqlar həyata keçirilir, diplomatik xidmətimiz və Xarici İşlər naziri çox maraqlı prosesdədir".

Ermənistan və Azərbaycan arasında operativ əlaqəyə də toxunan Tonoyan bildirib ki, əlaqə telefon formatında aparılır.

"Ermənistan və Azərbaycan arasında yaranmış operativ əlaqə fəaliyyət göstərməyə davam edir. Əlaqə telefon formatında aparılır", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

Ermənistan Müdafiə naziri: "Bu, eyni hərbi əməliyyatların yenidən başlaması ehtimalıdır"

2019/11/34534-1572871452.jpg
Oxunub: 1330     16:20     04 Noyabr 2019    