Ordu.az xəbər verir ki, bu yaxınlarda işğalçı ordunun bölmələrindən birində nizamnamədənkənar münasibətlər zəminində daha bir cinayət hadisəsi baş verib.
Belə ki, 5-ci taborun Qarlen Sağyan adlı əsgəri zabitin təhqirlərinə dözməyərək ona qarşı güc tətbiq edib və nəticədə aldığı zərbələrdən taqım komandiri hərbi tibb məntəqəsinə yerləşdirilib.
Əsgər hələlik həbs olunmasa da, hərbi polis tərəfindən araşdırma aparılır.
Ordu.az