AİHM-də Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı dinləmə gələn il baş tuta bilər

2019/09/40865-1568815245.jpg
Oxunub: 580     10:43     04 Noyabr 2019    
"Azərbaycan hökuməti bir neçə həftə öncə Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyini Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) təqdim edib".

Ordu.azxəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.

O bildirib ki, bu məsələ ilə əlaqədar Azərbaycan dünyanın aparıcı hüquqşünasları ilə müqavilə bağlayı.

"Bununla bağlı çox müfəssəl mövqe AİHM-ə təqdim olunub. Bu prosesdə sonuncu mərhələdir. Bundan sonra AİHM artıq dinləmə tarixini müəyyən etməli və dinləmə keçirilməlidir. Çox güman ki, dinləmə gələn il baş tuta bilər", - deyə Azərbaycan nümayəndəsi qeyd edib.

O, AİHM-nin öz qərarında bu iki şəxsin hüquqlarının pozulmasını müəyyən edəcəyini vurğulayıb.

“Ardınca Ermənistan bu qərarı icra etməli olacaq. Buna nəzarət isə Avropa Şurası Nazirlər Komitəsi tərəfindən həyata keçirilir. Nəticə isə Nazirlər Komitəsinin öz gücünü nümayiş etdirməsindən asılıdır", - deyə Çingiz Əsgərov bildirib.

Onun sözlərinə görə, Ermənistan qəbul olunan qərarı icra etməyə bilər.

"Amma Avropa Şurasının müvafiq təsir mexanizmləri mövcuddur. Biz də bu mexanizmlərdən istifadə edəcəyik və mütəmadi məsələni qaldıracağıq ki, Ermənistan qərarları icra etsin", - deyə Azərbaycan nümayəndəsi qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dilqəm-Əsgərov   Şahbaz-Quliyev   AİHM  

AİHM-də Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı dinləmə gələn il baş tuta bilər

2019/09/40865-1568815245.jpg
Oxunub: 581     10:43     04 Noyabr 2019    