Paşinyan təxribatçı açıqlamalarını təkrarlayır: “Malik olduğumuz vəziyyət hər zaman özündə təhlükələr ehtiva edir”

2019/10/KMO_0-1571999148.jpg
Oxunub: 487     10:10     04 Noyabr 2019    
“Ermənistan-Azərbaycan münasibətlərində malik olduğumuz vəziyyət hər zaman özündə təhlükələr ehtiva edir, lakin bunlar 3, 4 və ya 5 il əvvəl oduğundan artıq deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində Qarabağ məsələsi ətrafında müzakirələr haqqında danışarkən bildirib.

O xatırladıb ki, son dövrlər erməni mətbuatında Qarabağın verilməsi haqqında xəbərlərlər yayılır.

“Sonra bu tezis dövriyyəyə qoyuldu ki, mən Qarabağa qarşı sui-qəsddə iştirak etmişəm və çox güman Qarabağ razılaşdırılmış müharibə ilə təhvil veriləcək. Ermənistan-Azərbaycan münasibətlərində malik olduğumuz vəziyyət hər zaman özündə təhlükələr ehtiva edir, lakin bunlar 3, 4 və ya 5 il əvvəl oduğundan artıq deyil. Əgər cəbhə xəttindəki vəziyyəti monitorinq etsək görərik ki, gərginliyin kəskin, əhəmiyyətli dərəcədə enişi var və bu, ötən məşhur Düşənbə müzakirələri kontekstində baş verib. Bu, o demək deyil ki, gərginlik yoxdur. Təəssüf ki, bizim qurbanlarımız var. Mən bunun üçün deyirəm ki, Qarabağ məsələsini həll etdiyimizi və artıq uzunmüddətli sülh həllinin əldə olunduğunu heç kim demir. Lakin digər tərəfdən qeyd edə bilərəm ki, nə qədər qəribə görünsə də, danışıqlar prosesində dinamika, kifayət qədər maraqlı dinamika var və mən onu davam edəcəyini, inkişaf edəcəyini ən yaxşı görənəm. Mən Aşqabadda da Azərbaycan prezidenti ilə söhbət etmişəm və müəyyən dinamika, atmosfer, axtarmaq istəyi var”, - deyə Paşinyan bildirib.

O, Qarabağ məsələsində daha öncə etdiyi təxribatçı açıqlamaları yenidən təkrarlayıb: “Bu, mənim məsələm deyil, bu, qrup məsələsi deyil, bu, ümumilli məsələdir. Mən demişəm ki, bu məsələnin hər hansı həlli Ermənistan, Qarabağ (qondarma qurum-red.) və Azərbaycan xalqları üçün məqbul olmalıdır və nə zaman danışıqlar prosesində erməni xalqı üçün məqbul olacaq bu cür həll, bu təklif formalaşdırılsa, onu təqdim edəcəm, ümumilli müzakirə olacaq və ümumilli formatda qərarlar veriləcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Təxribat   Qarabağ  

Paşinyan təxribatçı açıqlamalarını təkrarlayır: “Malik olduğumuz vəziyyət hər zaman özündə təhlükələr ehtiva edir”

2019/10/KMO_0-1571999148.jpg
Oxunub: 488     10:10     04 Noyabr 2019    