Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni analitik Karen Bekaryan Qarabağ münaqişəsinin nizama salınması konteksində Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan tərəfindən son zamanlar səslənən fikirlərə toxunarkən bildirib.
O qeyd edib ki, məgər Paşinyan və hökumətinin danışıqlar masasında hökm sürən vəziyyət haqqında fikirlərini xalqla bölüşməsinin zamanı deyil?
“Əgər təzyiqlər varsa, o zaman bu təzyiqlər haqqında öz cəmiyyətini xəbərdar saxlasın”, - deyə politoloq qeyd edib.
Bekaryanın sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyi hesablanmamış bəyanatları və fəaliyyətləri ilə Qarabağ münaqişəsi kontekstində uzunmüddətli problemlər yaradır.
Alpər Mövludoğlu
Ordu.az