“Qarabağ danışıqları doğru yola qayıdacaqsa, qoy həbs etsinlər” - Sarkisyan

2019/10/20936-1572512457.jpg
Oxunub: 15697     13:01     31 Oktyabr 2019    
“Əgər xalqım mənim həbsimdən razı və məmnun qalacaqsa, “1 Mart”, “27 Oktyabr” işləri bundan sonra tamamilə ortaya çıxarılacaqsa, ölkəmizi təhdid edən təhlükələr zərərsizləşdiriləcəksə, Dağlıq Qarabağ danışıqları doğru yola qayıdacaqsa, qoy həbs etsinlər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “Andranik Marqaryan” siyasi məktəbinin məzunlarına sertifikatların verilməsi mərasimi zamanı bildirib.

Sarkisyan mümkün həbsindən qorxmadığını vurğulayıb.

O qeyd edib ki, tezliklə Ermənistan vətəndaşları ilə açıq və səmimi söhbət təşkil edəcək.

“Mənim söhbətimin zamanı isə yaxınlaşır”, - deyə Sarkisyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Həbs  


Bizi "telegram"da izləyin