Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri BMT Baş katibinin müavini ilə görüşüb

2019/10/23423-1572436023.jpg
Oxunub: 26099     16:29     30 Oktyabr 2019    
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin üzvləri Bakıda səfərdə olan BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari DiKarlo ilə görüşüblər.

Ordu.az xəbər verir ki, görüş BMT-nin Azərbaycan nümayəndəliyinin ofisində baş tutub.

Görüşdə icma sədri Tural Gəncəliyev, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və BMT-nin Azərbaycan üzrə Rezident Əlaqələndiricisi Qulam İsakzai iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ-icması   BMT  


Bizi "telegram"da izləyin