Alman politoloq: “Rusiya və ABŞ Suriyada əməkdaşlıq edə bilər, Qarabağ münaqişəsinin həlli məsələsində isə yox”

2019/10/Syuza-1572418909.jpg
Oxunub: 31392     16:40     30 Oktyabr 2019    
“Rusiya və ABŞ Suriyada əməkdaşlıq edə bilər, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində isə yox. Bu gün beynəlxalq münasibətlər bu cürdür”.

Ordu.az erməni Kİv-lərinə istinadən xəbər verir ki, bunu almaniyalı politoloq Syuzan Styuart Yaxın Şərqdə baş verən son inkişaflara toxunarkən bildirib.


Suriyada baş verən inkişafların Cənubi Qafqaz regionunda olan münaqişələrə təsiri məsələsinə toxunan politoloq qeyd edib ki, region ölkələrinin əlaqələri bir-biri ilə o qədər də qarşılıqlı deyil və mürəkkəbdir.

“Söhbət təkcə Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, türk-erməni əlaqələrindən getmir. Suriya münaqişəsi artıq bir neçə ildir davam edir. Suriya məsələsi ətrafında müxtəlif ölkələr arasında əlaqələr dəyişib, lakin bu, digər zonalarda həmin ölkələrin əlaqələrinə birbaşa təsir etməyib. Birmənalı olaraq qiymətləndirmələr səsləndirmək getdikcə çətinləşir. Rusiya və ABŞ Suriyada əməkdaşlıq edə bilər, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində isə yox. Bu gün beynəlxalq münasibətlər bu cürdür”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin