Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünü şərh edərkən bildirib.
Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ATƏT-in Bratislavada baş tutacaq XİN rəhbərləri şurasının iclasında görüşü planlaşdırılıb.
Boboyan bildirib ki, ATƏT-in qeyri-rəsmi nazir görüşü ənənəvi hadisə deyil. Onun sözlərinə görə, 2016-cı ildə Almaniya öz sədrliyi zamanı bu cür formatda iclas keçirmək təşəbbüsü ilə çıxış edib.
“Bu, növbəti sıravi görüşdür, ciddi gözləntilər yoxdur, çünki danışıqlar gündəmi hələki varlığa malik deyil, həmsədr tərəflər də bu barədə danışırlar. Düşünürlər ki, onların məqsədi danışıqlar prosesini daha normal hala gətirmək üçün dialoq gündəmini bərpa etməkdir”, - deyə politoloq bildirib.
Erməni politoloq qeyd edib ki, bu gün Azərbaycan tərəfindən həyata keçirilən istənilən addım gözləniləndir.
Alpər Mövludoğlu
Ordu.az