Bundan bir neçə gün sonra ilk olaraq hakim cəbhənin deputatı Andranik Koçaryan çıxış edib. Nairi Hunanyanın vaxtından əvvəl azad edilməsi üçün aidiyyəti orqanlara müraciət etdiyi məlum olanda Koçaryan bildirdi ki, Hunanyanın söyləyəcək bir şeyi varsa, qoy açıqlama versin.
Hakim cəbhənin deputatının bu açıqlamasından bir neçə gün sonra, deputat Arman Babacanyan Hunanyan ilə görüşünü detallarını ətraflı şəkildə açıqlayıb.
““İrəvan Kentron” cəzaçəkmə müəssisəsində 20 il ərzində ilk dəfə “27 Oktyabr” terror qruplaşmasının lideri Nairi Hunanyan ilə iki saatlıq fərdi söhbətim oldu”, - deyə o bildirib.
Uzun müddət təhlil edilməli və anlaşılmalı olan çox sayda cavablarla yanaşı bir çox suallar da ortaya çıxdı. Göründüyü kimi, Koçaryan və Babacanyanın hərəkətləri əlaqələndirilib. Paşinyan hakimiyyəti yəqin ki, Nairi Hunanyana sövdələşmə təklif edib. Əgər Hunanyan onların şərtlərinə razılıq versə və bugünkü hakimiyyət üçün əlverişli adlar verərsə, azadlığa çıxa bilər.
Alpər Mövludoğlu
Ordu.az